Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

ACSC Logistics” Daşkənddə keçirilən “Nəqliyyat və logistika” sərgisində iştirak

Daşkənddə 15-ci beynəlxalq “Nəqliyyat və logistika” sərgisi keçirilib. Sərgidə Müstəqil Dövlətlər Birliyi və bir sıra digər ölkələrin nəqliyyat və logistika sahələrində fəaliyyət göstərən şirkətləri iştirak edib. Azərbaycanı bu tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tərkibinə daxil olan “ACSC Logistics” MMC təmsil edib. Qurumun nümayəndələri “ACSC Logistics” MMC haqqında sərgi iştirakçılarına məlumat verib, maraqlananlara şirkətin fəaliyyəti ilə bağlı jurnal və açıqcalar paylayıb. “ACSC Logistics”ın baş direktoru Azər Məmmədov bildirib ki, şirkət nəqliyyat marşrutlarına daxil olan dənizlərdə (Xəzər dənizi, Qara dəniz), dəmir yolu sahələrində (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Özbəkistan), həmçinin həmsərhəd dəmir yollarında ekspeditor xidmətləri göstərir. Xəzər və Qara dənizlərin limanları – Bakı, Hövsan, Poti, Batumi, Aktau, Kurık, Türkmənbaşı və digər limanlarda yükləmə-boşaltma, yüklərin qorunması, xüsusi şəraitdə yüklərin daşınması və saxlanması, multi və modaldaşımalar, yükboşaltma və yükdoldurma, vaqonlarla təchizat, sənədlərin hazırlanması, yolboyu yük sahiblərinə informasiya verilməsi və digər işləri icra edirik. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır