Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

rbaycan və Türkmənistan arasında nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparı

Oktyabrın 30-də iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Əvvəlcə nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Sonra Türkmənistan nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Nazir Şahin Mustafayev Azərbaycan və Türkmənistanın dost ölkələr olduğunu, xalqlarımızı ortaq tarixin, dil, din və ənənələrin birləşdirdiyini, dövlət başçılarının siyasi iradəsi nəticəsində əlaqələrimizin inkişaf etdiyini, qarşılıqlı səfərlərin münasibətlərin genişlənməsində önəmini, 2017-ci ildə iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri, nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilməsi və aparılmış müzakirələr Azərbaycan-Türkmənistan əməkdaşlığının inkişafına mühüm töhfəsini verəcək. İqtisadiyyat naziri qeyd edib ki, hazırda Azərbaycan-Türkmənistan əlaqələri müxtəlif sahələrdə inkişaf edir və bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əlaqələridir. Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb. Bu infrastrukturdan və potensialdan istifadə olunmaqla nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı üçün imkanlar genişdir. Nazir Şahin Mustafayev bu sahədə əməkdaşlığın inkişafına, məlumat mübadiləsinə, nəqliyyat və logistika strukturları arasında birbaşa və uzunmüddətli əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb, Azərbaycan-Türkmənistan nəqliyyat marşrutunun təhlükəsiz və əlverişli olduğunu, bu marşrutdan digər ölkələrin də istifadə edə biləcəyini vurğulayıb. Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyev ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, bugünkü görüşün də əlaqələrin genişlənməsi, xüsusilə nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı baxımdan əhəmiyyətli olacağını qeyd edib, əməkdaşlıq imkanlarına dair fikirlərini bildirib. Görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktoru Taleh Ziyadov, Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov iştirak ediblər. Görüş nəqliyyat sektorunun müxtəlif sahələri üzrə ikitərəfli müzakirələrlə davam edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır