Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Rusiyalı ekspert: "Azərbaycan nəqliyyat layihələri baxımından regionun lideridir"

"Azərbaycan sərmayələr üçün əlverişli maliyyə sisteminə malikdir".

Bu barədə Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqaz Tədqiqatları Mərkəzinin təhlil qrupunun rəhbəri, “Chatham House”un elmi işçisi Stanislav Pritçinin məqaləsində bildirilir.

Məqalədə ECED (Expert Center for Eurasian Development)-dəki təhlil qrupunun “Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin sərmayə cəlb etmək imkanları xəritəsi. 2020” hesabatındakı bəzi məlumatlar misal gətirilir. Həmin hesabatın birinci hissəsində sərmayəçilər üçün ilkin meyar kimi ölkənin makroiqtisadi sabitlik göstəricilərinin və reytinqinin mühüm əhəmiyyət daşıdığı və daha çox üç məşhur reytinq agentliyi “Finch”, “Moody’s”, “Standard and Poors”un reytinqlərinin əsas götürüldüyü bildirilir: 

“Burada yenilik yoxdur, yəni regionun daha mükəmməl və sabit maliyyə sisteminə malik ölkələr olan Qazaxıstan və Azərbaycan sərmayədarlar üçün tövsiyyə edilən reytinqə, yəni maliyyə sisteminə malikdir”, – ekspert Azərbaycanın 2016-2019-cu illər ərzində reytinqdə 63-cü yerdən 25-ci yerə, Qazaxıstanın isə 49-cu yerdən 28-ci yerə yüksəldiyini, eyni zamanda Ermənistanın 35-ci yerdən 47-ci pilləyə gerilədiyini qeyd edib.

Həmçinin region ölkələrinin makroiqtisadi göstəriciləri, iqtisadiyyatın həcmi, bazarın genişliyi, alıcı qabiliyyəti kimi meyarlarına həsr olunmuş ikinci hesabatda sərmayələr üçün ən əlverişli ölkələrin Qazaxıstan, Özbəkistan və Azərbaycan olduğu göstərilir: “Bu ölkələr xeyli böyük bazara, təbii ehtiyatlara, dayanıqlı siyasi modellərə malik olduqlarına görə mövcud iqtisadi və sərmayə potensialından bəhrələnə bilirlər”.

Bu hesabata görə, Azərbaycan nəqliyyat sahəsində regionda inamla birinci pillədədir: “Mütəmadi olaraq ölkə daxilində iri nəqliyyat layihələri hazırlayan Azərbaycan xaricdə də bu cür layihələrə maliyyə dəstəyi verir”.

Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır