Türkmənbaşı limanının tranzit gücü artırılacaq
Türkmənistanın Türkmənbaşı beynəlxalq dəniz limanının tranzit potensialının daha da artırılması imkanları nəzərdən keçirilir.
AZƏRTAC xəbər verir ki, ölkədə yük dövriyyəsinin artırılması və nəqliyyat-tranzit dəhlizlərinin imkanlarının genişləndirilməsi məqsədilə nəqliyyat-kommunikasiya kompleksinin strukturuna daxil olan agentliklər müvafiq təhlillər aparıb.
Hazırda avtomobil nəqliyyatı ilə tranzit yükdaşımalarının böyük hissəsi Türkmənbaşı beynəlxalq dəniz limanı-Özbəkistan, Altın asır (Etrek)-Qazaxıstan və digər istiqamətlər üzrə həyata keçirilir.
Bundan başqa əsas vəzifələr sırasında dünya nəqliyyat sisteminə ardıcıl inteqrasiya, şərq–qərb və şimal-cənub istiqamətlərində marşrut və qovşaqları birləşdirən əsas magistrallarla infrastrukturun daha da genişləndirilməsi durur.
Türkmənbaşı dəniz limanının tranzit qabiliyyətini artırmaq üçün tədbirlər hazırlanır.