Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

is-Lazuli marşrutu ilə yükdaşımalarına start ver

Bu gün Əfqanıstanın Herat şəhərində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyənin iştirak etdiyi Lazurit dəhlizi ( Lapis-Lazuli) üzrə yükdaşımaların başlanmasına həsr olunmuş mərasim keçirilib. Mərasimdə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani, Türkmənistan və Əfqanıstanın nəqliyyat nazirliklərinin rəhbərləri, Türkiyənin Əfqanıstandakı səfiri və digər rəsmi şəxslər iştirak ediblər. Mərasimdə vurğulanıb ki, Lazurit dəhlizinin uğurla istismara verilməsi region dövlətlərinin iqtisadi tərəqqisinə güclü təkan verəcək, kənd təsərrüfatı və digər məhsulların, faydalı qazıntıların Əfqanıstandan dünya bazarlarına çıxarılması, yeni iş yerlərinin yaradılması hesabına bu ölkədə vəziyyətin tezliklə stabilləşməsinə kömək edəcək. Qeyd olunub ki, Türkmənistan Lapis-Lazuli nəqliyyat dəhlizi layihəsinin reallaşmasına böyük töhfə verir. Məhz Aşqabadda keçirilən Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA – Regional Economic Cooperation Conference on Afghanistan) “Lazurit” marşrutu üzrə tranzit və nəqliyyat əməkdaşlığına dair razılıq əldə olunub və müvafiq saziş imzalanıb. Türkmənistan öz vəsaitləri hesabına Sərhədabaddan Əfqanıstanın Turqudi stansiyasına qədər yeni dəmir yolu xətti çəkib və bununla öz cənub qonşusunu daha bir kanal vasitəsilə öz nəqliyyat sisteminə və buradan da beynəlxalq qovşağa birləşdirib. Təntənələrin kulminasiya nöqtəsi Prezident Məhəmməd Əşrəf Qani və onu müşayiət edən digər yüksəkvəzifəli şəxslərin qırmızı lenti kəsməsi və bundan sonra doqquz ağırtonnajlı avtomobldən ibarət pilot avtomobil karvanının Lazurit dəhlizi marşrutu ilə yola salınması olub. Yüklər Heratdan Turqundi stansiyasına, oradan Türkmənistanın Sərhədabad şəhərinə, sonra bütün ölkənin ərazisindən keçərək Türkmənbaşı Beynəlxalq Dəniz Limanına çatacaq. Daha sonra avtomobil karvanı Xəzər dənizi ilə Azərbaycana – Bakı Beynəlxalq Dəniz Limanına yola salınacaq. Beləliklə, Lapis-Lazuli marşrutu üzrə ilk sınağa start verilib. Lazurit dəhlizi layihənin üzv ölkələrinə regional və kontinental ticarət bazarlarına çıxışları şaxələndirmək imkanı verəcək. Bu da, öz növbəsində, həm bu dəhliz vasitəsilə yük daşıyan ölkələrin, həm də ərazisindən malların tranziti üçün istifadə olunacaq dövlətlərin iqtisadi inkişafına səbəb olacaq. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır