Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

ın günlərdə Lapis-Lazuli marşrutu üzrə pilot reysi yerinə yetirilə

Yaxın günlərdə Əfqanıstanın Herat şəhərindən Lapis-Lazuli (Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə) marşrutu üzrə pilot reysinin yerinə yetirilməsi gözlənilir. Türkmənistan Dövlət Teleradiosunun məlumatına görə, Heratdan Turqundi stansiyasına yola düşəcək qatar Türkmənistanın Sərhədabad şəhərinə, sonra bütün ölkənin ərazisindən keçərək Türkmənbaşı Beynəlxalq Dəniz Limanına çatacaq. Daha sonra o, Xəzər dənizi ilə Azərbaycana yola salınacaq. İlk sınaq reysinin həyata keçiriləcəyi Lapis-Lazuli marşrutu layihənin üzv ölkələrinə regional və kontinental ticarət bazarlarına çıxışları şaxələndirmək imkanı verəcək. Bu da, həm dəhliz vasitəsilə yük daşıyan ölkələrin, həm də ərazisindən malların tranziti üçün istifadə olunacaq dövlətlərin iqtisadi inkişafına səbəb olacaq. Lapis-Lazuli marşrutuna dair Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA – Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb. Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. Lapis-Lazuri beynəlxalq nəqliyyat dəhlizi həmin marşrut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır