Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Türkmənistan tranzit avtomobil nəqliyyatı ödənişlərində dəyişiklik edəcək

Türkmənistan ərazisindən tranzit keçən xarici dövlətlərin avtonəqliyyat vasitələrinin sahiblərindən alınan ödənişlərin məbləğinə yenidən baxılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bayramgeldi Ovezov ölkə başçısına hesabatında bildirib.

Ölkənin gömrük sərhədində dövlət orqanlarının fəaliyyətinin qaydaya salınması və xarici dövlətlərin avtonəqliyyat vasitələrinin sahiblərindən alınan ödənişlərin məbləğinin müəyyən edilməsi ilə bağlı müvafiq qərarlarına əlavə və dəyişikliklərin edilməsi üzrə işlər aparılır.

O bildirib ki, əlaqələndirilmiş nəqliyyat siyasətinin aparılması məqsədilə gömrük, viza və digər prosedurları tədricən sadələşdirməklə qanunvericilik və tarifləri sinxronizasiya etmək lazımdır. Bu tədbirlər nəqliyyat-tranzit dəhlizlərinin səmərəliliyinin artırılmasına, yük axınlarının və xarici ticarətin həcminin artmasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Ölkə başçısı perspektiv üçün əsas vəzifələr sırasında dünya nəqliyyat sisteminə ardıcıl inteqrasiyanın və Şərq–Qərb və Şimal-Cənub istiqamətlərində marşrut və qovşaqları birləşdirən əsas magistrallarla infrastrukturun daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov nəqliyyat sahəsində layihələrin, o cümlədən Türkiyəyə çıxışı olan Mərkəzi Asiya üçün modal yolun yaradılması, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə və Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizlərinin tikintisi və fəallaşdırılması layihələrinin aktuallığını qeyd edib.

İlahə Əhmədova

 

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır