Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

8-ci ildə TRACECA çərçivəsində nə qədər yük daşın

2018-ci ildə Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 52 mln. 673,9 min ton təşkil edib.  Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Dəhliz çərçivəsində yüklərin 12 mln. 563,5 min tonu və ya 23,9%-i dəmir yolu nəqliyyatı, 33 mln. 235 min tonu və ya 63,1%-i avtomobil nəqliyyatı, 6 mln. 875,4 min tonu və ya 13%-i dəniz nəqliyyatının payına düşüb. 2018-ci ildə TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 9 mln. 344,8 min ton və ya bütün yüklərin 17,7%-i tranzit yüklərin payına düşüb.  Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir. Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır