distanın Mumbai və İranın Çabahar liman şəhərləri arasında gəmi reysi istifadəyə ver
Hindistanın Mumbai və İranın Çabahar liman şəhərləri arasında gəmi reysi istifadəyə verilib. İki həftədə bir dəfə yük gəmisi konteynerləri Hindistandan İrana daşıyacaq. İranın Çabahar limanın rəhbəri Bəhruz Ağayi bildirib ki, ilk reys ötən gün həyata keçirilib və Mumbaidən Çabahara 3 min 700 konteyner daşınıb. Çabahar İranın Sakit okean sahilində olan yeganə liman şəhəridir. Hindistan bu limanın inkişafına 85,21 milyon dollar həcmində sərmayə yatırıb və 10 il müddətində limanın bir hissəsini icarəyə götürüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır