Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində imzalanan anlaşma memorandumu ölkəyə fayda gətirə

İki ölkə arasındakı qədim tarixi olan dostluq münasibətləri yüksək səviyyədədir və əməkdaşlıq perspektivləri bir növ müasir İpək yolunun yaradılması üzrə böyük infrastruktur planı haqqında sazişin imzalanması ilə daha da möhkəmlənəcək. Bu sözləri İtaliyanın baş naziri Cüzeppe Konte bildirib. “İtaliya hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində imzaladığı anlaşma memorandumu İtaliya və Çin arasında inkişaf edən əməkdaşlığın bir hissəsidir və bu sənəd ilk növbədə ölkəyə fayda gətirəcək”, – deyə Baş nazir vurğulayıb. Bildirilir ki, baş nazirin müavini, əmək və sənaye naziri Luici Di Mayo da Romada keçirilən İtaliya − Çin biznes forumunda İtaliyanın təşəbbüsə imza atan ilk G7 ölkəsi olmasından məmnunluq duyduğunu söyləyib. “Bunun bizim üçün böyük imkan olduğuna təminat verə bilərəm”, – deyə “5 Ulduz Hərəkatı” (M5S) partiyasının lideri Luici Di Mayo diqqətə çatdırıb. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır