Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

bahar limanına daxil olan yüklər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə də daşın

Çabahar-Zahidan dəmir yolu tikilib istifadəyə verildikdən sonra Hindistandan İranın Çabahar limanına daxil olan yüklər Azərbaycan ərazisindən Rusiya və Avropaya göndəriləcək. Bu barədə  Çabahar limanının işlədilməsi üçün yaradılan İran-Hindistan birgə şirkətinin həmsədri Əlirza Cahani deyib. Onun sözlərinə görə, İranın Hind Okeanı sahilindəki Çabahar limanı təkcə Hindistandan Əfqanistana daşınan yükləri yönəltməyəcək. ABŞ-ın bu limanı sanksiyalardan azad etməsi daxil olan yüklərin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Avropa istiqamətinə də yönəldilməsinə şərait yaradacaq: “Artıq Hindistan və Cənub Şərqi Asiya ölkələrində fəaliyyət göstərən şirkətlərdən yüklərin Avropaya daşınması üçün sifarişlər daxil olub. Lakin Çabahar şəhəri ilə Zahidn şəhərləri arasında dəmir yolu xəttinin tikintisi davam edir. Tikinti işləri başa çatdıqdan sonra həmin şirkətlərin yükləri limandan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə yönəldiləcək. Liman bunun üçün bütün imkanlara malikdir. Hindistanın təqdim etdiyi kreditlər limanın yenidən qurulmasına yönəldilib və yükaşırma qabiliyyəti artıb”. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır