Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

ı Beynəlxalq Dəniz Ticarət Limanı 2019-cu ilin I rübünün yekunlarını açıqla

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2019-cu ilin I rübünü uğurla başa vurub. Bu barədə qurumdan bildirilib. Məlumata görə, yükaşırma göstəricilərinin əksəriyyətində artım tendensiyası qeydə alınmış və ümumi yükaşırmanın həcmi 1 035,6 min tondan çox olmuşdur. Aşırılmış yüklərin 861 min tondan çoxu və ya 83,1%-i tranzit yüklərin payına düşüb. Xüsusilə konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb. Belə ki,  Bakı Limanında 2019-cu ilin yanvar-mart ayları ərzində 7 253 ədəd konteyner (TEU ekvivalentində) aşırılmışdır ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 55,2% artım deməkdir (2018-ci ilin müvafiq dövründə 4 673 TEU). Qeyd olunan dövrdə, Ələt qəsəbəsində yerləşən Bakı Limanının Bərə terminalında vaqon aşırılması 13 788 (keçən ilin müvafiq dövrünə nisbətən 12,6% artım) ədədə çatıb. Bunlardan 6 446 vaqon (46,8%) Bakı-Kurık-Bakı istiqamətində, 7 342 (53,2%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Cari ilin yanvar-mart ayları ərzində iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 6 543 (keçən ilin müvafiq dövrünə nisbətən 43,5% artım) ədəd olub. Belə ki, bunlardan 5 180 ədədi (79,2%) Bakı-Türkmənbaşı-Bakı, 1 363ədədi isə (20,8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə sərnişin daşınmasında keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,5% artım qeydə alınaraq 8 813 nəfər olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır