Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

P layihəsi Azərbaycanın Asiya ilə Avropa arasında logistik və ticarət mərkəzinə çevrilməsinə töhfə verə

Yaponiyadan Avropaya beynəlxalq yükdaşımaların səmərəliliyini artırmaq üçün Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən “Japan-Azerbaijan Railway Project” (JARP) layihəsi artıq müsbət nəticə verib. Belə ki, tarixdə ilk dəfə olaraq birbaşa dəmir yolu vasitəsilə Yaponiyadan yola çıxan ilk yük konteyneri Azərbaycanın Yeni Bakı Limanına (Ələt qəsəbəsi) uğurla çatıb. JARP layihəsinin iştirakçıları – Yaponiya hökuməti tərəfindən təyin edilmiş Takasa Vanaoyuki, Yaponiyanın Azərbaycandakı səfirliyi, Yaponiyanın aparıcı ixracatçı şirkəti “Hokuya Trading Co. Ltd.”, Yaponiyanın turizm və beynəlxalq ticarətə dəstəyini həyata keçirən “HIS Company Ltd.” şirkəti, Azərbaycan tərəfindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC (Port of Baku) və layihənin əsas təşəbbüskarı və icraçılarından biri olan “SAnattura İdxal-İxrac Ticarət MMC” Yaponiyadan Avropaya və əksinə beynəlxalq yükdaşımalarında ölkəmizin rolununun getdikcə aratacağına inandıqlarını bildiriblər. Qeyd ediblər ki, Prezident İlham Əliyevin yeni İpək Yolu layihəsinə və onun tərkib hissəsi kimi çıxış edən Bakı-Tbilis-Qars dəmiryolu xəttinə verdiyi diqqətin nəticəsində JARP layihəsi də ölkəmizin Asiyadan Avropaya yükdaşımalarındakı rolunu önə çəkəcək və bu marşrut üzrə daşınan yüklərin sayəsində ölkəmizin logistik və ticarət mərkəzinə çevrilməsi prosesi daha da sürətlənəcək. Qeyd edək ki, ilk sınaq nəqliyyat daşıması Yaponiyadan Çinə dəniz yolu ilə, Çinin dəniz limanından dəmiryolu vasitəsilə Qazaxstan ərazisinə, buradan dəmiryolu vasitəsilə Xəzər dənizindəki Kurık limanına və oradan dəniz vasitəsilə Yeni Bakı Limanına çatdırılıb. İlk nəql edilən yük Yaponiyanın orqanik maça çayları, udon və balıq unu olub.    


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır