Dörd ayda dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi məlum olub
Cari ilin yanvar-aprel aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 306 min 923 ton yük daşınıb. Bu yüklərin dəyəri 218 milyon 555 min ABŞ dollarıdır. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Dörd ayda dəniz nəqliyyatı ilə ixrac olunan 98 min 625 ton yükün dəyəri 51 milyon 82 min dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 208 min 298 ton, dəyəri isə 167 milyon 472 min dollar olub. Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır