Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Türkmənbaşı Beynəlxalq Dəniz Limanı neft ixracının imkanlarını artıracaq

Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı, “Kenar” terminalının neft yükləmə dayaqlarını yenidən quracaq.

AZƏRTAC xəbər verir ki, dayaqların modernləşdirilməsi limanın müvafiq məhsulların ixracı imkanlarını artıracaq. Buna ehtiyac Türkmənistan neftinə olan tələbat və hasilat səviyyəsinin artması ilə əlaqədardır.

Ölkənin statistika komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-iyul aylarında “Türkmənneft” dövlət konserni neft hasilatı səviyyəsini əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artırıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında ölkə Rusiyaya 1,47 milyon ton qara qızıl ixrac edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır