Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Türkmənistana ilk dəfə Çindən ən uzun konteyner qatarı gəlib

Çindən gələn ən uzun konteyner qatarı ilk dəfə Qazaxıstan ərazisindən tranzit keçməklə Türkmənistana gəlib. Çinin Çindao şəhərindən iki həftə əvvəl yola çıxan 40 futluq konteynerdən ibarət yığma yüklə 48 ədəd konteyner qatarı Altınkol-Bolaşak marşrutu üzrə hərəkət edərək Türkmənistanın Qazaxıstanla sərhəddə yerləşən Sərhədyaka stansiyasına çatıb.

AZƏRTAC xəbər verir ki, ümumilikdə 8780 kilometr qət edəcək qatar 12-15 gün ərzində yükün təyinat məntəqəsinə çatdırılmasını təmin edir.

Qeyd edək ki, Çindən Xəzər dənizinə konteyner xəttinin işə salınması "Şimal–Cənub" beynəlxalq nəqliyyat dəhlizinin bir qolu olan "Qazaxıstan-Türkmənistan-İran" dəmir yolunun fəaliyyəti nəticəsində mümkün olub.

Xatırladaq ki, keçən il Türkmənistandan Qazaxıstan ərazisindən tranzit keçməklə Çinə 45 ədəd konteyner qatarı yola düşüb.

Yaxın vaxtlarda bu cür yüklərin hər iki istiqamətdə hər ay 2 dəfə daşınması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır