Yunanıstan gəmi daşımalarına görə dünya üzrə liderdir
Yunanıstan gəmi daşımalarına görə qlobal lider olaraq qalır.
“Seanews.az” xəbər verir ki, bu barədə Yunanıstan Gəmi Sahibləri Birliyinin illik hesabatında bildirilib.
2019-cu ilin nəticələrinə görə, beynəlxalq daşımaların 20,67%-i Yunanıstanın payına düşür. Bu göstərici Avropa üzrə isə 54,28% təşkil edir.
Hesabatda qeyd olunub ki, 2007-2019-cu illərdə Yunanıstan gəmi sahibləri donanmalarının daşıma qabiliyyətlərini iki dəfədən çox artırıblar.
Xatırladaq ki, yükdaşıma həcminə görə Yunanıstanı Yaponiya, Çin, Sinqapur və Honk-Kong izləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır