Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Türkmənistan və Qazaxıstan nəqliyyat-tranzit dəhlizlərinin fəallaşdırılmasını planlaşdırır

Türkmənistan və Qazaxıstanın dəmir yolları idarələri tranzit dəhlizlərinin fəallaşdırılmasını planlaşdırır.

AZƏRTAC xəbər verir ki, “Türkmənistan Dəmir Yolları” və “Qazaxıstan Milli Dəmir Yolu Şirkəti” arasında keçirilən görüşdə dövlətlərarası və regional əhəmiyyətli nəqliyyat və tranzit dəhlizlərinin aktivləşdirilməsi məsələləri müzakirə edilib.

Tərəflər mövcud hökumətlərarası razılaşmaların təşviqi, həmçinin tranzit və nəqliyyat sektorunda əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Avropa ilə Asiya arasında mühüm əlaqə kimi Türkmənistan-Qazaxıstan-İran transmilli dəhlizinin, habelə “Şimal-Cənub” dəmir yolunun fəaliyyəti məsələlərinə xüsusi diqqət yetirilib.

Tərəflər beynəlxalq tranzit dəhlizlərinin tutumundan səmərəli istifadə etmək, dəmir yolu konteyner daşımalarının həcminin artırılması və onların coğrafi sərhədlərinin genişləndirilməsi məqsədilə qiymət siyasətini müzakirə ediblər.

Müxtəlif istiqamətlər üzrə sabit yükdaşımaları təmin edən logistika sahəsində sıx əlaqələrin qurulmasının vacibliyi qeyd olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır