Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Xəzəryanı ölkələrin Qazaxıstan limanlarından istifadə imkanları genişləndirilib

Qazaxıstan parlamenti "Gəmiçiliyə dair sazişin ratifikasiyası haqqında" qanun layihəsini təsdiqləyib.  

"APA-Economics"in Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, razılaşma Transxəzər beynəlxalq nəqliyyat marşrutu boyunca Qazaxıstan limanlarının tranzit potensialını artıracaq.

Məlumata əsasən, parlament tərəfindən təsdiqlənən qanun layihəsi Qazaxıstan şirkətlərinə Rusiyanın daxili su yollarından sadələşdirilmiş qaydada keçməyə və Azərbaycan, İran və Türkmənistandan yüklərin daşınmasına imkan verəcək.

Qazaxıstanın sənaye və infrastruktur inkişafı nazirinin müavini Berik Kamaliyevin sözlərinə görə, hazırda Qara dənizdəki limanlardan Qazaxıstan limanlarına yüklər tranzit yolu ilə – Volqa-Don kanalı vasitəsilə daşınır. Yalnız Qazaxıstan şirkətləri Rusiyanın daxili su yollarından sadələşmiş qaydada istifadə edə biləcəklərini nəzərə alaraq, artıq Avrasiya İttifaqının üzvü olmayan Xəzəryanı ölkələr (Azərbaycan, İran, Türkmənistan) Xəzərdən Qara dəniz limanlarına yüklərin nəqli üçün Qazaxıstan daşıyıcılarını cəlb etməyə maraq göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır