Limanda bütün yoxlamalar təmassız şəkildə həyata keçirilir
Çinin Heyxe çay limanında Blaqoveşenskdən yüklərin təmassız qəbulu prosesi həyata keçirilib.
“COVID-19”-un yayılmasının qarşısını almaq məqsədi ilə Blaqoveşenskdən gətirdikləri yükləri Heyxe çay limanına çatdırarkən, Rusiya gəmilərinin heyələri Çinin sahillərinə enmirlər. Bütün zəriri işlər uzaqdan, elektron formada aparılır. Başqa sözlə, Çin limanında Rusiya gəmilərinin gətirdikləri yüklərin təmassız qəbul edilməsi və göndərilməsi mexanizmi hazırlanıb.
“Limanda quraşdırılmış video müşahidə kameralarından istifadə edərək şəxsiyyəti və yükü yenidən yoxlayırıq və bütün bu yoxlamalar təmassız şəkildə aparılır. Bundan başqa, 24 saat ərzində Heyxe limanına daxil olan və limandan çıxan gəmiləri nəzarətdə saxlayırıq və bununla da Çin sahillərində epidemioloji təhlükəsizliyi təmin edirik",-deyə Heyxe sərhəd nəzarət buraxılış məntəqəsi əməkdaşlarının üçüncü növbəsinin rəis müavini Syu Çençji şəhər telekanalına müsahibəsində bildirib.
Heyxe limanı, yük buraxılışı məntəqəsi vasitəsilə məhsul idxal və ixrac edən Çin müəssisələri ilə sıx təmasdadır. Əməkdaşların həftənin 7 günü fasiləsiz işlədiyi Heyxe sərhəd keçid məntəqəsində polis, karantin xidmətləri və sərhədçilər qüvvədə olan karantin rejiminin pozulmasının qarşısını almaq üçün müntəzəm yoxlamalar keçirirlər.