Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

İki LNG terminalı 743,3 milyon dollara başa gələcək

“Seanews.az” xəbər verir ki, təbii qaza olan tələbatın və buna uyğun dünya bazarlarında qiymətinin davamlı artması ilə əlaqədar Yunanıstan hökuməti  yubanmadan iki dəniz LNG terminalı tikmək qərarına gəlib.

Yunanıstanın Energetika Nazirliyinin ilkin məlumatına görə, hər iki yeni layihənin ümumi dəyəri 743,3 milyon dollar təşkil edəcək.

Yeni LNG terminalları ölkənin enerji təhlükəsizliyini əlavə olaraq təmin etməklə yanaşı, Yunanıstanın təbii qazın təkrar ixracatçısı kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək, həmçinin Cənubi Avropada “mavi yanacağın” nəqli üçün tranzit zəncirinin mühüm halqası olacaq.

Bu günə qədər Yunanıstanda yeganə LNG terminalı Egey dənizinin Saroniki körfəzində Revitussa adasında yerləşən müvafiq infrastruktur obyektidir.

İki perspektivli layihədən ən böyüyünün (407,3 milyon dollar dəyərində) Aleksandropolis kəndində (Egey dənizinin şimal sahilində) həyata keçirilməsi gözlənilir. Üzən qəbuledici terminalın, mayeləşdirilmiş təbii qazın müvəqqəti saxlanması anbarlarının, o cümlədən yenidən qazlaşdırma stansiyasının və yeni terminalı milli enerji sisteminə birləşdirən sualtı qaz kəmərinin tikintisi nəzərdə tutulur.

LNG-nin saxlanması və yenidən qazlaşdırılması baxımından yeni terminalın texniki imkanları hələ dəqiqləşdirilməyib.

“Dioryga Gas” adlanan ikinci terminalın Korinf limanı yaxınlığında, Vardinoyiannis enerji qrupunun hazır infrastruktur obyektləri əsasında inşası planlaşdırılır. Layihənin dəyəri 336 milyon dollar qiymətləndirilir.

İlkin məlumatlara görə, Korinfdəki terminalın çənlərinin tutumu 210 min kubmetrə çatacaq. Bu qurğunun istifadəyə verilməsi Yunanıstanda qaz anbarlarının ümumi tutumunu 80% artıracaq.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır