Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“HMM” şirkəti də Rusiyaya iki marşrut üzrə yüklərin çatdırılmasını dayandırmaq fikrindədir

“HMM” Cənubi Koreyanın Pusan limanı ilə Rusiyanın Vostoçnı və Vladivostok limanları arasında dəniz yolu ilə yük daşınmasını dayandıracaq.

“Seanews.az” xəbər verir ki, onların arasında iki konteyner gəmisi üzürdü. Şirkət bu addımını Ukraynadakı vəziyyətlə əlaqədar yük daşımalarının azalması ilə izah edib.

Məlumatda deyilir ki, qərar Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı deyil:"Biz bazar şəraitindən asılı olaraq xidmətin bərpasına çalışacağıq".

Qeyd edək ki, “HMM” Rusiyaya çatdırılmanı dayandıran ilk xarici daşıyıcı deyil. Bundan əvvəl bazarın digər oyunçuları, o cümlədən dünyanın ən böyük konteyner operatoru “Maersk”də belə qərar qəbul etmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır