Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Süveyş kanalının administrasiyası LNG daşıyan tankerlərə endirimləri ləğv edib

Süveyş kanalının administrasiyası LNG daşıyan tankerlərə martın 15-dən etibarən endirimlərin ləğv edildiyini açıqlayıb.

“Seanews.az” xəbər verir ki, ötən ilin oktyabr ayına qədər bu endirim 25 faiz idisə, sonra 15 faizə endirildi. İndi isə ləğv edilib.

Fevralın 28-də kanal gəmilərdən keçid haqqının artdığını açıqlayıb. Ofisin rəhbəri Usamə Rabianın sözlərinə görə, bu qərar dünya ticarətinin əhəmiyyətli dərəcədə artması, gəmilərin göstəricilərinin, Süveyş kanalının su yolunun inkişafı və tranzit xidmətlərinin yaxşılaşdırılması ilə əlaqədar qəbul edilib. Tariflərin artırılması yüklü və ballast gəmilərə təsir edəcək. Belə ki, martın 1-dən neft tankerlərinin keçid qiyməti 10%, qazdaşıyanlar (LNG daşıyan), çoxməqsədli və ağır yükdaşıyan gəmilər üçün 7%, quru yük gəmiləri üçün 5% artıb.

Fevral ayında kanal mayeləşdirilmiş təbii qaz daşıyan kruiz gəmiləri və tankerlər istisna olmaqla, bütün gəmilər üçün tranzit tariflərini 6% artırıb. Kanal ödənişləri beynəlxalq daşımaların dinamikasına uyğun təyin edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır