Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Şanxay limanında koronavirus səbəbindən sıxlıq yaranıb

Şanxayda 20 mindən artıq koronavirusa yoluxma halının qeydə alınması yerli limanın işinə də təsir etməyə başlayıb. Keçən ay dəniz daşımalarında 25 faiz azalma müşahidə olunub.

Bu qənaətə Amerikanın “ForKites” şirkətinin analitikləri gəliblər.

Meqapolisdə lokdaun rejiminin başlaması fonunda daşımaların həcmi kəskin azalıb. Limanda daşımaların dayanmamasına baxmayaraq, ekspertlər malların olduğu konteynerlərin yüklənməsi və boşaldılmasında gecikmələr ola biləcəyindən ehtiyat edirlər.

Onlar qeyd ediblər ki, hazırda 400-ə yaxın gəmi Şanxay dəniz terminalına daxil olmaq üçün gözləyir ki, bu da öz növbəsində qlobal təchizat zəncirində yeni fasilələrə səbəb ola bilər.

Oxu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır