Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

TBNM ilə ASCO gəmisi Hövsan limanına ilk dəfə yük çatdırıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu xətt ilə Hövsan limanına ilk dəfə yük çatdırıb.

Yükün daşınması ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus "Maestro Niyazi" quru yük gəmisi ilə həyata keçirilib. Qazaxıstanın Aktau limanından gələn gəmidə 140 ədəd 20 futluq TEU konteyner olub.

Hazırda Hövsan limanının 6-cı körpüsündə konteynerlərin boşaldılması əməliyyatı həyata keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır