Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Alman terminal operatoru “Eurogate” və “Hapag-Lloyd” birgə müəssisə yaradıb

Alman terminal operatoru “Eurogate” Misirin Damietta limanında yeni konteyner terminalı tikmək üçün “Hapag-Lloyd” ilə birgə müəssisə yaradıb.

“Seanews.az” xəbər verir ki, “Hapag-Lloyd” gələcək terminalın operatoru “Damietta Alliance Container Terminal SAE”-də 39%, “Eurogate” və onun törəmə şirkəti “Contship” hər biri 29,5% və “Middle East Logistics & Consultants Group və Ship & CREW Egypt SAE”  1% alacaq.

Yeni terminalın 2024-cü ildə fəaliyyətə başlayacağı gözlənilir. İldə 3,3 milyon TEU tutumlu terminal təxminən 24 min TEU tutumlu ən böyük gəmiləri qəbul edə biləcək və “Hapag-Lloyd”-un Aralıq dənizinin şərqindəki strateji mərkəzinə çevriləcək.

Terminal operatoru hökumətdən 30 il müddətinə güzəşt alacaq.

“Damietta” limanında 1,5 milyon TEU tutumlu bir konteyner terminalı fəaliyyət göstərir.

“Hapag-Lloyd” və “Eurogate” şirkətlərinin artıq Mərakeşdə və Almaniyanın Vilhelmshaven limanında birgə terminalları var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır