Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Konteyner daşıma tarifləri aşağı düşür

Şanxaydan Şimali Avropa limanlarına gedən marşrutlar üçün “Drewry WCI” indeksinin dəyəri keçən həftə 40 futluq konteyner üçün 10.000 dollara düşüb və azalmaqda davam edir.

“Seanews.az” xəbər verir ki, Ukraynada hərbi münaqişənin və Şanxayda karantinin başladığı fevralın son həftəsindən bəri bu istiqamət ən çox itkiyə məruz qalıb: 28% azalma.

Faizlərin enmə dinamikası baxımından ikinci yeri Şanxay-Los Anceles marşrutu tutur (-21%). “WCI” kompozit indeksi bu müddət ərzində 20% azalıb.

Tarifləri saxlamaq üçün daşıyıcılar səfərləri aktiv şəkildə ləğv etməyə başlayıblar. “Freightos” platformasına görə, üç layner daşıyıcı ittifaqı Asiyadan gələn ay üçün planlaşdırılan səfərlərin üçdə birindən çoxunun ləğv edildiyini bildirib. “Allaince” Asiyadan planlaşdırılmış səfərlərin 33%-ni, “Ocean Alliance” 37%-ni, “2M” alyansının üzvləri “MSC” və “Maersk” şirkətləri isə Asiyadan səfərlərin 39%-ni ləğv ediblər.

Son beş həftə ərzində ən çox ləğvlər Asiyadan ABŞ-ın Qərb sahilindəki limanlara gedən marşrutlarda baş verib. Aprelin 4-dən mayın 8-dək xətt operatorları bu ticarət xətləri üzrə 63 səfəri ləğv edərək, tutumu elan ediləndən 25% azaldıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır