Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Ukrayna taxılının daşınması üçün mümkün marşrut sınaqdan keçirilib

Litva Ukraynadan taxıl ixracı üçün öz nəqliyyat infrastrukturundan və Klaypeda dəniz limanının imkanlarından istifadə etməyi təklif edir.

“Seanews.az” xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

"Litva Ukrayna taxılının ixracı üçün öz dəmir yollarının infrastrukturunu və Klaypeda limanını təqdim etməyə hazırdır", - Prezident Qitanas Nausedanın Avropa Komissiyasının başçısı Şarl Mişellə danışarkən deyib.

Prezident bildirib ki, Litva artıq bu istiqamətdə ilk addımları təkbaşına atıb. Ukrayna yükləri ilə dolu sınaq qatarı aprelin 27-də Kaunasdakı marşrutun başlanğıc nöqtəsinə gəlib. Beləliklə, tərəfdaşlar Ukrayna taxılının Baltik dənizindəki Litvanın Klaypeda dövlət dəniz limanı vasitəsilə  daşınması üçün mümkün marşrutu sınaqdan keçiriblər.

Bununla belə, Litva dəniz limanının baş direktoru Algis Latakasın sözlərinə görə, bu dəmir yolu marşrutunda sürət qısa müddət ərzində lazımi sayda taxıl qatarlarının gəlməsinə ümid etməyə imkan vermir. Taxıl iri tonajlı yükdür. 70-80 min ton yük daşıyan gəmilərin yüklənməsi üçün lazım olan həcmdə taxılın vaxtında çatdırılması o qədər də asan iş deyil.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır