Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

Qara dəniz limanlarında 20 milyon tondan çox taxıl anbarlarda qalıb

Dünya üzrə buğda tədarükünün təxminən üçdə biri Rusiya və Ukraynanın payına düşür.

“Ukrinform” agentliyinin yaydığı məlumata görə, bu ilin may ayında Ukraynadan taxıl ixracı 2021-ci ilin analoji dövrü ilə müqayisədə 2,7 dəfə azalıb. Geriləmə əsas ixrac infrastrukturu olan dəniz limanlarının blokadaya alınması ilə bağlıdır.

Fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayan Rusiya ordusu Azov dənizi sahillərini tam, Qara dəniz sahillərini qismən nəzarətə götürməyə və Ukraynanın ən böyük limanının yerləşdiyi Odessa şəhərini blokadaya almağa müvəffəq olub.

Nəticədə Qara dəniz limanlarında 20 milyon tondan çox taxıl anbarlarda qalıb.

Hazırda Avropa İttifaqı və Türkiyə Ukrayna taxılının daşınması imkanlarını Rusiya tərəfi ilə müzakirə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır