Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Riqa limanında yük və sərnişin terminalı inşa ediləcək

Riqanın Eksportosta limanının cənub hissəsində sərnişin və bərə xətti ilə çatdırılan “RO-RO” yüklərinin qəbulu üçün yeni terminalın tikintisi planlaşdırılır.

“Seanews.az” xəbər verir ki, hazırda Riqanın Freeport limanının rəhbərliyi ilə layihənin müəllifi arasında yük-sərnişin və kruiz gəmilərinin qəbulu üçün yeni terminalın tikintisinə dair niyyət sazişi imzalanıb.

2021-ci ilin sonunda yük-sərnişin terminalı layihəsinin tərtibatçıları “Deloitte Latvia” ilə birlikdə layihənin gələcək potensialını təhlil edən bazar araşdırması aparıblar.

Tədqiqatın ən mühüm nəticəsi ondan ibarətdir ki, belə bir terminalın tikintisi Riqa limanının rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Bu ilin birinci yarısında terminalın ilkin layihəsi işlənib, kruiz və bərə xətləri üzrə əməkdaşlıq təklifləri hazırlanıb və hazırda əsas vəzifə inkişaf planının təsdiqini təmin etməkdir.

Dauqavanın (Qərbi Dvina) hər iki sahilində yerləşən Riqa limanının ümumi sahəsi təqribən 6,3 min hektar, yanalma körpülərinin uzunluğu 13,8 min metr, gəmilərin maksimum suyaoturumu 12,2 metrdir. Limanın yük dövriyyəsinin 80 faizi MDB ölkələrinə göndərilən və ya onlardan qəbul edilən tranzit yüklərdən ibarətdir.

Yeni terminalın 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır