Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Yanvar-aprel aylarında Türkiyə limanlarına Çindən 2 milyon tondan çox yük daşınıb

Bu ilin yanvar-aprel aylarında Türkiyə limanlarına Çindən 2 milyon 607 min 182 ton yük daşınıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Çindən daxili limanlara 123 min 726 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 1 milyon 717 min 650 ton yük çatdırıb.

Bu müddət ərzində Çin bayrağı altında gəmilər Türkiyə limanlarına 765 min 806 ton yük çatdırıb. 2022-ci ilin yanvar-aprel aylarında Türkiyə limanları Çindən 170 min 355 ton tranzit yük daşınıb.

 

Qeyd edək ki , bu ilin aprel ayında Türkiyə limanları 32 milyin 60 min 961 ton yük qəbul edib. Bu yüklərin 2 milyon 91 min 276 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 29 milyon 969 min 685 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

Aprel ayında Türkiyə limanlarından 7 milyon 197 min 777 ton tranzit yük aşırılıb.

Bu ilin yanvar-aprel aylarında Türkiyə limanları 130 milyon 875 min 205 ton yük qəbul edib. Bu yüklərin 6 milyon 59 min 121 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 121 milyon 816 min 84 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

Yanvar-aprel ayında Türkiyə limanlarından 28 milyon ton tranzit yük aşırılıb.
Məlumat üçün bildirək ki, keçən il Türkiyə limanları 386 milyon 396 min 718 ton yük qəbul edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır