• Bakı, 2022-07-05,
Seanews
Heyder Eliyev

“Hapag-Lloyd” şirkəti ABŞ-ın Maliyyə Nazirliyinə 2 milyon dollar cərimə ödəyəcək

ABŞ Federal Dəniz Komissiyası İcra Bürosu və “Hapag-Lloyd” xətti konteyner daşıyıcısı arasında əldə edilmiş razılaşmanı bəyənib.

“Seanews.az” xəbər verir ki, bu barədə ABŞ Federal Dəniz Komissiyası açıqlama yayıb.

Açıqlamada deyilir ki, Almaniyanın gəmiçilik şirkəti gecikmə və boşdayanmalarla bağlı iddia edilən pozuntuları aradan qaldırmaq üçün 2 milyon dollar mülki-hüquqi cərimə ödəməyə razılaşıb.

2 milyon dollar cərimə ABŞ Maliyyə Nazirliyinə ödəniləcək və Ümumi Fonda yatırılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır