Limanda içində turşu olan konteyner yerə düşüb
Kaosyun limanında estakadalardan birinin üzərinə içərisində xlorid turşusu olan konteyner düşüb. Hadisə nəticəsində tüstü, kəskin qoxu yayılıb, turşunun bir hissəsi ətrafa dağılıb.
“Seanews.az” xəbər verir ki, hadisəyə konteynerlərin düzgün yığılmaması səbəb olub.
Tələfat olmayıb və tüstü bir saat ərzində dağılıb.
Üzərində “təhlükəli yük” qeydi olan konteyner elektron cihazların istehsalçısına məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır