Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“K-Alliance” konteyner daşıyıcıları alyansı Cənubi Koreya-Vyetnam-Tayland marşrutu üzrə ilk birgə xidməti işə salır

“HMM”, “SM Line”, “Sinokor Merchant Marine”, “Heung-A Line” və “Pan Ocean” şirkətlərinin  daxil olduğu Koreyanın “K-Alliance” konteyner daşıyıcıları alyansı Cənubi Koreya-Vyetnam-Tayland marşrutu üzrə ilk birgə xidməti işə salır. 

“Seanews.az” xəbər verir ki, Cənubi Koreya-Vyetnam-Tayland xidmətinə “HMM” şirkətindən  1,8 min TEU tutumlu "Sky Rainbow", “SM Line” şirkətindən 1,7 min TEU tutumlu "Jan" və “Pan Ocean” şirkətindən  1,8 min TEU tutumlu "Pos Hochiminh" konteyner gəmiləri cəlb olunacaq.

Gəmilərin yeni xidmət üzrə limanlara daxil olma ardıcıllığı belə nəzərdə tutulur: İnçhon - Sindao - Şanxay - Hoşimin - Laem Çabanq - Çivan - İnçhon.

Xidmətin ilk səfəri iyunun 26-na planlaşdırılır. Həmin gün “Sky Rainbow” konteyner gəmisi İnçondan yola düşəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır