Yeni ixtisaslaşdırılmış konteyner xətti yaradılıb
Hamburqda 53 futluq konteynerlərin daşınması üzrə ixtisaslaşacaq yeni konteyner xətti yaradılıb – “CARRIER53' Shipping GmbH”.
Seanews.az”-ın məlumatına görə, yeni xətt konteynerlərin lizinqi ilə məşğul olan Almaniyanın “Lotus Containers” şirkətinin dəstəyi ilə yaradılıb.
“Lotus Containers”şirkətinin baş direktoru Villem-Aleksander Dous eyni zamanda “CARRIER53' Shipping GmbH” şirkətinin həm baş direktoru, həm də idarəedici tərəfdaşıdır.
Şirkət hazırda Çində üç liman - Sindao, Taysan, Humen və ABŞ-da iki liman - Portlend və Los Anceles arasında daşımalar təklif edir.
Şirkət özünə məxsus və icarəyə götürülmüş altı gəmini - “Whale Shark”, “Shanghai Pearl”, “UBC Tampa”, “UBC Tarragona”, “Xinyihai55” və “UBC Tokyo”-nu idarə edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır