Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Kazanda yük limanı köçürüləcək

Kazanda çay limanının yerinin dəyişdirilməsi şəhərin 2040-cı ilə qədər inkişafının baş planına daxil edilib.

Bu barədə Kazan şəhərinin memarlıq və şəhərsalma departamentinin rəis müavini Anastasiya Latipova məlumat verib.

Yük limanının köçürülməsinin dəqiq tarixi açıqlanmayıb. Bu, təmir işlərindən asılı olacaq. Onun ilk iki mərhələsi yük limanının ərazisinə təsir göstərmir.

“Bəndin tikintisinə, Volqa sahillərinin abadlaşdırılmasına gəldikdə, təbii ki, liman fəaliyyətini hazırkı formada davam etdirə bilməz, yük limanının işi dayandırılmalıdır”, - deyə məmur izah edib.

A.Latipova həmçinin vurğulayıb ki, Portovaya küçəsi yaxınlığındakı meydanın yenidən qurulması sərnişin limanına təsir etməyəcək, yerində qalacaq.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır