Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Çin Hamburq limanının ən mühüm ticarət tərəfdaşıdır

2022-ci ilin yanvar-iyun aylarında Hamburq limanının konteyner ötürmə qabiliyyəti 4,4 milyon TEU təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 0,9% çoxdur.

Seanews.az”-ın məlumatına görə, Şimali Avropanın digər üç əsas konteyner limanının - Antverpen-Brügge, Rotterdam və Bremen/Bremerhavenin yük dövriyyəsi azalıb.

Orta hesabla, ilk altı ayda dörd Şimal dənizi limanında konteyner ötürmə qabiliyyəti keçən ilki səviyyədən 4,6% aşağı olub. Nəticədə Hamburqun bazar payı artıb.

Çin Hamburq limanının ən mühüm ticarət tərəfdaşı olaraq qalır, ümumi dövriyyənin 30%-i onun payına düşür (ilin birinci yarısında 1,3 milyon TEU).

İkinci yeri 291 min TEU ilə ABŞ tutur. Sinqapur 218 min TEU ilə üçüncüdür.

Sonrakı yerlərdə Polşa (166 min TEU), İsveç (157 min TEU), Finlandiya (108 min TEU), Danimarka (103 min TEU), Braziliya (102 min TEU), Böyük Britaniya (100 min TEU), Cənubi Koreya (95 min TEU) gəlir.

Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalara görə Hamburq limanı vasitəsilə Rusiya ilə ticarətin həcmi ötən illə müqayisədə iki dəfədən çox azalaraq 79 min TEU-ya düşüb. Nəticədə limanın dördüncü ən böyük ticarət tərəfdaşı olan Rusiya indi 15-ci yerdədir.

Polşa, Finlandiya, İsveç və Danimarka ilə ticarət həcminin artması Baltikyanı ölkələrdə fider xidmətlərinin yenidən qurulmasının nəticəsidir. Hamburq bu il Baltik regionu üçün tranzit qovşağı kimi mövqeyini möhkəmləndirib. Hamburq vasitəsilə yüklərin ötürülməsinin həcmi ilin birinci yarısında 1,6 milyon TEU təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 2,7% çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır