Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Həştərxanda Türkmənistanın logistika mərkəzi yaradılacaq

Həştərxan limanı xüsusi iqtisadi zonasında Türkmənistanın logistika mərkəzi üçün 50 hektar sahə ayrılacaq.

“Seanews.az”-ın məlumatına görə,bunu Türkmənistan nümayəndə heyətinin Həştərxana səfəri zamanı “Lotos” XİZ ASC-nin baş direktoru Sergey Miluşkin deyib.

“Hazırda Olya limanında xüsusi iqtisadi zona yaradılır. Əvvəllər əldə edilmiş razılaşmalara uyğun olaraq, biz Türkmənistanın logistika mərkəzi üçün bu zonada 50 hektar ərazini konteyner yükləri, anbarlar, giriş dəmir yolları ilə işləmək üçün müasir avadanlıqla təmin etməyə hazırıq, - deyə regional hökumətin mətbuat xidməti S. Miluşkindən sitat gətirir.

Tərəflər ümid edirlər ki, Həştərxan imanı xüsusi iqtisadi zonasında  Türkmənistanın  ticarət və logistika mərkəzinin yaradılması sayəsində Türkmənistan Rusiyadan Mərkəzi Asiya ölkələrinə: Əfqanıstan, Pakistan və digər ölkələrə yüklərin daşınması üçün nəqliyyat mərkəzinə çevrilə bilər.

Türkmənistan Dəniz və Çay Yolları Agentliyinin rəis müavini Seyitqulu Bayseyidov deyib:“Ölkəmiz bu yaxınlarda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq niyyətini bəyan edib. Buna görə də bizim Həştərxan vilayəti ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialımız var”.

Görüş iştirakçıları həmçinin Olya və Türkmənbaşı limanları arasında müntəzəm avtomobil bərə səfərlərinin açılması və gəmiqayırma sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

“Gəmiqayırma bizim üçün əvvəllər görülməmiş yeni bir istiqamətdir. Ona görə də biz Həştərxan gəmiqayıranları ilə əməkdaşlığa hazırıq”, - deyə S. Bayseyidov bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır