Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-10,
Seanews
Heyder Eliyev

Çindən Rusiyaya yeni marşrut açılacaq

“Delo” şirkətlər qrupuna daxil olan “Ruscon” Novorossiysk limanı vasitəsilə Çindən Rusiyaya konteynerlərin çatdırılması üçün yeni multimodal marşrutu işə salacaq.

“Seanews.az”-ın məlumatına görə, hazırda bütün təşkilati məsələlər razılaşdırılıb, müştərilərlə danışıqlar aparılıb, yük bazası formalaşdırılıb.

İlk səfər 2022-ci ilin sentyabrına planlaşdırılıb. Yükləmənin başlanğıc nöqtəsi Çinin Taysan limanıdır, daha sonra sentyabrın 11-də yüklə birlikdə gəmi Sindao limanına yola düşəcək, oradan isə sentyabrın 16-da İstanbula istiqamət götürəcək. Türkiyədə konteynerlər fider gəmiyə yenidən yüklənəcək və Novorossiysk limanında NUTEP terminalına çatdırılacaq. Taysandan Novorossiyskə ümumi tranzit müddəti 40 gün olacaq.

“Ruscon” şirkətinin prezidenti Sergey Berezkinin qeyd etdiyi kimi, bu marşrutun xüsusiyyəti konteynerlərin İstanbulda fiderlər tərəfindən mütəşəkkil operativ şəkildə götürülməsi və onların Novorossiyskə çox sürətli çatdırılmasıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır