Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Tuas limanı ildə 65 milyon TEU aşıra biləcək

Tuas liman ekosisteminin yaradılması üzrə genişmiqyaslı layihə çərçivəsində Sinqapur konteyner mərkəzinin operatoru “PSA Corporation Ltd” (“PSA”) qrupu 2022-ci il sentyabrın ilk günü bu layihənin əsas sahəsi - Tuas konteyner limanını açıb. “PSA”-nın mətbuat xidmətindən bildirilib ki, ilk üç yanalma körpüsü istismara verilib.

Ən müasir, yüksək səviyyədə avtomatlaşdırılmış yeni liman Sinqapurun qərb sahili boyunca Tuas bölgəsində bir-biri ilə əlaqəli təchizat zəncirini və logistika ekosistemini əhatə edəcək. Tuas müştərilərə geniş çeşiddə liman xidmətləri və yüklərin səmərəli idarə edilməsi üçün innovativ rəqəmsal həllər təklif edəcək.

Limanın və təchizat zəncirinin inkişafı bütün maraqlı tərəflərin iştirakı ilə təmin ediləcək.

Tuas limanının genişləndirilməsinin ilkin mərhələsinə 414 ha meliorasiya, o cümlədən 294 ha tam süni torpaq, 8,6 km uzunluğunda bəndin yaradılmasına hazırlıq,  böyük tutumlu gəmilərin yanalmasını təmin etmək üçün dərinləşdirmə işləri daxildir. Yanalma körpüsünün ümumi uzunluğu 26 km-ə çatacaq. Tuas limanı layihəsinin birinci mərhələsi çərçivəsində ildə 20 milyon TEU-dək yükün aşıralacağı 21 dərin körpünün tikilməsi planlaşdırılır.

Meliorasiya layihəsinin ikinci mərhələsi üzrə işlər qrafikə uyğun davam etdirilir. Bununla yanaşı, podratçı üçüncü mərhələ üçün layihə sənədlərinin işlənib hazırlanmasına başlayıb.

Layihənin bütün dörd mərhələsinin tamamlanması 2040-cı illərə planlaşdırılır. Dördüncü mərhələ başa çatdıqdan sonra yeni Tuas limanı ildə 65 milyon TEU aşıra biləcək.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır