Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-29,
Seanews
Heyder Eliyev

Gəmilər Helsinki limanına 5100 dəfə yan alıb

2022-ci ilin yanvar-avqust aylarında Finlandiyanın  Helsinki limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% artaraq 10,2 milyon tona çatıb.

“Seanews.az”-ın məlumatına görə, yüklərin taralarda aşırılmasının həcmi 7,4% artaraq 8,55 milyon ton, qalaq yüklərin aşırılmasının həcmi 14,8% artaraq 934,6 min ton olub.

Konteyner dövriyyəsi 325 min TEU (2,2% artım) təşkil edib.

Liman vasitəsilə daşınan texnikanın sayı 469,9 min ədəd olub ki, bu da  9,4% artım deməkdir.

Limandan istifadə edən  sərnişinlərin sayı 5,38 milyon nəfər (artım179,1%) təşkil edib.

Limana gəmi daxilolmalarının sayı 9% artaraq 5100-ə çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır