Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-03,
Seanews
Heyder Eliyev

Türkiyənin Aliağa limanının qəbul etdiyi yükün həcmi açıqlanıb

2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin İzmir şəhərində yerləşən Aliağa limanı 45 milyon 830 min 541 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Aliağa limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 2 milyon 193 min 284 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 43 milyon 637 min 257 ton yük daşınıb.

“2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin Aliağa limanından 278 min 603 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 264 milyon 644 min 817 ton yük qəbul edib.

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 18 milyon 953 min 750 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 245 milyon 691 min 67 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 54 milyon 39 min 258 ton transit yük daşınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır