Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-03,
Seanews
Heyder Eliyev

Liepaya limanının yük dövriyyəsi 15,4% artıb

2022-ci ilin yanvar-avqust aylarında Latviyanın Liepaya  limanının dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% artaraq 5,02 milyon tona çatıb.

“Seanews.az”-ın məlumatına görə, taxıl məhsullarının aşırılmasının həcmi 39%, əsas yüklərin aşırılmasının həcmi 31,7% artıb.

Limandan keçən sərnişinlərin sayı 132 faiz artaraq 64 min 755 nəfərə çatıb.

Gəmi daxilolmalarının sayı 1084 vahid təşkil edib.

Liepaya limanı 1990-cı illərdə keçmiş sovet hərbi dəniz bazasının yerində yaradılıb. 2021-ci ildə Liepaya limanının yük dövriyyəsi 7,06 milyon ton təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır