BMT-nin dördüncü gəmisi Ukrayna limanına daxil olub
BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində icarəyə götürülmüş “BC Vanessa” balkeri Odessa limanına yan alıb. Gəmiyə 30 min ton buğda yüklənəcək.
Ukrayna İnfrastruktur Nazirliyinin məlumatına görə, taxıl Əfqanıstan sakinləri üçün nəzərdə tutulub.
Ukraynadan kənd təsərrüfatı məhsullarının təhlükəsiz daşınması üçün “taxıl təşəbbüsü”nün həyata keçirilməsi çərçivəsində bu günə qədər Afrika ölkələrinə 650 min ton kənd təsərrüfatı məhsulları göndərilib. Səlahiyyətlilər Efiopiya və Somali əhalisinə humanitar yardım çərçivəsində 50 min ton buğda vermək qərarına gəliblər.
Ümumilikdə, “taxıl təşəbbüsü”nün icrasına başlanılan avqustun 1-dən Ukrayna limanlarını 3,9 milyon ton ərzaqla 169 gəmi tərk edib.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır