Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Türkiyə Prezidenti və Pakistan Baş nazirinin iştirakı ilə İstanbulda Milli Gəmi proqramına dair mərasim keçirilib

Türkiyədə həyata keçirilən “MİLGƏM” (Milli Gəmi) proqramı çərçivəsində daha bir yeniliyə imza atılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və digər rəsmi şəxslərin iştirakı ilə İstanbulda gəmi tikintisinə dair mərasim keçirilib.

Qeyd olunan proqram çərçivəsində inşa edilən üçüncü gəmi suya salınıb.

Türkiyə və Pakistanın dövlət bayraqlarının dalğalandığı tərsanədə möhtəşəm anlar yaşanıb.

Mərasimin açılışı Türkiyə və Pakistanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Liderlərə “MİLGƏM” layihəsinin icra vəziyyəti barədə müfəssəl məlumat verilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və digər rəsmi şəxslər mərasimdə çıxış ediblər.

Pakistan şirkətləri tərəfindən icra olunan layihələrin icrası iki qardaş ölkə arasında nümunəvi münasibətlərə örnək kimi göstərilib.

Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında diqqətə çatdırıb ki, Pakistanın türk millətinin qəlbində müstəsna yerə sahibdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır