

Üç üzən gəmi Ukraynada bir milyona qədər evi elektrik enerjisi ilə təmin edə bilər
Türkiyənin “Karpowership” şirkəti ölkəni elektrik enerjisi ilə təmin etmək məqsədi ilə Ukraynaya üzən elektrik stansiyaları göndərmək üçün danışıqlar aparır.
Bu barədə Yaponiyanın “Nikkei Asia” xəbər jurnalı məlumat yayıb.
"Biz Odessa vilayətinin səlahiyyətliləri və “Ukrenerqo” ilə Odessa yaxınlığında ümumi gücü 300 MVt olan üç elektrik stansiyasının yerləşdirilməsini müzakirə edirik", - deyə “Karpowership” şirkətinin kommersiya əməliyyatları üzrə idarə heyətinin üzvü Zeynep Xarezi bildirib.
O, əlavə edib ki, gəmilərin istismarı və texniki xidməti qruplarının və üzən elektrik stansiyalarının özlərinin təhlükəsizlik məsələlərini həll etmək lazımdır.
Amma şirkətin sözçüsü düşünür ki, bunun həyata keçirilməsində taxıl sazişində olduğu kimi, Birləşmiş Millətlər səviyyəsində “yaşıl işığa” ehtiyacıları olacaq.
Üç üzən gəmi bir milyona qədər evi elektrik enerjisi ilə təmin edə bilər.
“Seanews.az”