“Hapag-Lloyd” İtaliyanın “Spinelli Grup”-unun 49% payını alıb
Antiinhisar orqanları “Hapag-Lloyd”-un “Spinelli Group”-da azlıq payını almasını təsdiqləyib. Müqavilənin bağlanmasından sonra “Hapag-Lloyd” İtaliyanın ən böyük nəqliyyat operatorlarından birində 49% paya salıb. Qrupun qalan 51% səhmləri Spinelli ailəsində qalır.
“Seanews.az”-ın məlumatına görə, tərəflər sövdələşmənin maliyyə detallarını açıqlamamağa razılaşıblar.
“Hapag-Lloyd” terminal sektorunda iştirakını daim genişləndirir, bu yaxınlarda Çilinin “SM SAAM”-ın terminal biznesində pay almaq üçün müqavilə bağlayıb. “Hapag-Lloyd”, həmçinin Wilhelmshavendəki “JadeWeserPort”, Hamburqdakı “Altenwerder”, Tanjerdəki “TC3 Terminal” və Damiettadakı (Misir) “2B Terminal”-ın səhmlərinə malikdir.
“Hapag-Lloyd” transatlantik, Yaxın Şərq, Latın Amerikası və Şimali Amerika konteyner xidmətlərində yük daşıyan ən böyük xətti gəmiçilik şirkətidir. Şirkətin 126 gəmiçilik xəttinə xidmət göstərən ümumi tutumu 1,8 milyon TEU olan 253 konteyner gəmisi dünyanın 600 limanı arasında əlaqəni təmin edir.

