Santos limanında rekord göstəricilər qeydə alınıb
2022-ci ildə Latın Amerikasının ən böyük limanı olan Santos yüklərin aşırılması və konteynerlərin işlənməsində rekord göstəriciyə nail olub.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, 2022-ci ildə Sao Paulonun dəniz qapısı adlandırılan Santos limanı 162,4 milyon ton yük aşırıb və 2021-ci ilin rekordunu 10,5% yeniləyib. Aşırılan yüklərin 118,7 milyon tonu yüklənmənin, 43,7 milyon tonu isə boşaltmanın payına düşüb.
2022-ci il üçün başqa bir rekord konteynerlərin aşırılması ilə bağlıdır. Tezliklə futbol əfsanəsi Pelenin adını daşıyacaq Santos limanında yük aşırılması 2021-ci ilə nisbətən 3,2% artaraq 5 milyon TEU olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

