Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

rənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 29-a ça

İndoneziyanın Cənubi Sulavesi əyalətinin sahillərində bərənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 29-a çatıb. Onların arasında uşaqların da olduğu bildirilir. Qırx bir nəfərin taleyindən isə hələ də xəbər yoxdur. Seanews.az Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat ölkənin xilasetmə xidməti tərəfindən verilib. Qeyd edək ki, qəza zamanı bərənin göyərtəsində 139 sərnişin, 48 avtomobil və motosiklet olub. Qəzanın baş verdiyi ərazidə axtarış-xilasetmə işləri davam edir. Təbii fəlakətlərin aradan qaldırılması üzrə milli agentliyin məlumatına əsasən, bərənin korpusunun sol tərəfində sızma aşkarlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır