Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-15,
Seanews
Heyder Eliyev

Maniladakı ən böyük terminalda daha bir yanalma körpüsü tikiləcək

“International Container Terminal Services, Inc.” (“ICTSI”) Filippinin Maniladakı ən böyük terminalında daha bir yanalma körpüsü tikəcək.  

“Seanews.az” xəbər verir ki, layihənin icrasından sonra MİCT terminalında səkkiz yanalma körpüsü fəaliyyət göstərəcək.

Tikinti işləri Nəqliyyat Departamenti  və Filippin Limanlar İdarəsi  qarşısında öhdəliklər əsasında aparılır. Layihə bir neçə mərhələdə həyata keçirilir. İnfrastrukturun genişləndirilməsi MICT terminalına 18 000 TEU-dək tutumlu konteynerlərə xidmət göstərməyə imkan verəcək.

Yanalma körpüləri daha 400 metr (+21%) artırılacaq və onların ümumi uzunluğu 2,3 ​​min metrə çatacaq. Görüləcək bütün işlərdən sonra illik konteyner dövriyyəsinin 200 min TEU artacağı, MİCT-in ümumi yük dövriyyəsinin isə 3,5 milyon TEU-ya çatacağı gözlənilir. Beləliklə, terminal Filippində ən böyük beynəlxalq dəniz yükaşırma mərkəzinə çevriləcək.

Hazırda MICT terminalı beş yanalma kranın köməyi ilə 6 və 7 saylı körpülərdəki “Neopanamax” gəmilərini idarə edə bilir. Altıncı kranın gəlişi 2023-cü ilin iyulunda gözlənilir. 8 saylı yanalma körpüsü ən azı dörd kran işlədəcək, onlardan ikisi 2025-ci ildə terminala çatdırılacaq.

1988-ci ildə Manilada, Filippində əsası qoyulmuş “International Container Terminal Services, Inc.” (“ICTSI”)  limanların idarə edilməsi, inkişafı və əməliyyatlarına həsr olunmuş müstəqil terminal operatorudur. Şirkət öz fəaliyyətində dəniz yükdaşımaları, logistika və yükgöndərənlərlə birbaşa əlaqəli deyil. “ICTSI” altı qitənin 20 ölkəsində 33 konteyner terminalını idarə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır